TransferWise & Birləşik Ödəmə BİznessTərəfdaşlığı

Transferwise, beynəlxalq pul köçürmələrində Türkiyədəki tərəfdaşı kimi, son zamanlarda öncədən ödənişli kart layihələrində və özünəxidmət ödəmə terminalları(kiosk) sahəsindəki ustalığı ilə ön sıralara çıxan Birləşik Ödəmə ilə işləməyi daha üstün tutdu.
Türkiyə cumhuriyyətində, 27 iyun 2013-cü il tarixində qüvvəyə minmiş, 6493 saylı Ödəniş sistemləri və Qiymətli Kağızlar üzrə Hesablaşma Sistemləri, Ödəniş xidmətləri və elektron pul müəssisələri haqqında Qanun çərçivəsində ödəmə xidməti olaraq qəbul edilən pul köçürmələri qanun çərçivəsində BDDK-dan lisenziyasını alan elektron pul qurumları və ya ödəmə agentlikləri tərəfindən həyata keçirilir.


2017-ci ilin Oktyabr ayından etibarən Birləşik Ödəmə, digər ölkələrdən Transferwise vasitəsilə Türkiyəyə edilən pul köçürmələrini, Birləşik Ödəmə şirkətinə məxsus elektron pul və ödəmə agentliyi lisenziyası çərçivəsində həyata keçirməyə başladı. Son zamanlarda Türkiyəyə edilən pul köçürmələrinə əlavə olaraq, Birləşik Ödeme Türkiyədən digər ölkələrə pul köçürmələri üzərində də işə başladı və bu əməliyyatlar yaxın gələcəkdə Birləşik Ödəmə tərəfindən yenidən həyata keçiriləcək.


TransferWise, dünyanın hər yerində olan müştərilərinə beynəlxalq pul köçürmələrində qiymət siyasəti kontekstində aşağı komissiya haqları ilə pul köçürmələrini etmək imkanı təklif edir.
Beynəlxalq pul köçürülmələrinin alternativ kanalları ilə müqayisədə komissiya haqqlarında olduqca cazibədar qiymətlər təklif edən Transferwise, xüsusən də xaricdə yaşayanlar tərəfindən ailələrinə və qohumlarına müntəzəm olaraq göndərilən pul köçürmələri ilə bağlı ən çox tərcih edilən kanaldır. Klassik pul köçürmə üsulları əvəzinə TransferWise, daha az komissiya haqqı alır və sürətli pul köçürməsini həyata keçirir.

OTHER SUCCESS STORIES

Albaraka Türk & Birləşik Ödəmə Əməkdaşlığı

SEE ALL

Albaraka Türk & Birləşik Ödəmə Əməkdaşlığı

SEE ALL

Brisa və Birləşik Ödəmə Həll Tərəfdaşlığı: Brisalıyız Kartı

SEE ALL