Whatsapp Number
0850 252 22 22E-CÜZDANLAR ÜÇÜN HƏLLƏR/ TƏKLİFLƏR
ŞƏBƏKƏNİZDƏN QAZANMAQ ÜÇÜN ONU PUL KİSƏSİ EDİN
Biz düşünürük ki, istənilən şirkət maliyyə xidmətlərini təklif edə bilər. Sevdiyiniz brend qəhvə asanlıqla fintex dejavyu-ya çevrilə biləcək yeni bir dünyaya addım atın.
FİNTEX DÜNYASINA PUL KİSƏSİ İLƏ ADDIM ATIN
SONRADAN TƏƏSSÜFLƏNMƏMƏK ÜÇÜN
PUL KİSƏSİ ƏLDƏ EDİN!
- Müştərilərinizə fərdi və ya biznes hesab pul kisələri təklif edin
- Bank hesabları və pul kisələri arasında vəsaitləri əlavə edin, artırın, saxlayın və ya köçürün
- Öncədən ödəniş edilən virtual və ya fiziki kartlar istehsal edin
- Proqramınızı kredit, investisiya, sığorta və s. kimi qiyməti əlavə olunmuş maliyyə məhsulları ilə zənginləşdirin
- “İndi al, sonra ödə” həllimizlə/təklifimizlə istehlak krediti təcrübənizi başqa səviyyəyə qaldırın
- Müştərilərinizə “İndi al, sonra ödə” xidmətinizi təklif edərək satışlarınızı artırın
- Şirkətlərə rahatlıqla məhşur brendlərdən cashback təklif edin
AVTOMATİK
YÜKLƏNƏN SUPER QABİLİYYƏTLƏR
Elektron pulların lisenziyası
Hər hansı texniki və ya əməliyyat investisiyası tələb olunmadan elektron pulların lisenziyasından istifadə edin və müvafiq normativə uyğun olun.
Şəxsi fintex brendinizi yaradın
Çoxfunksiyalı API-miz vasitəsilə unikal biznes modeliniz üçün şəxsi pul kisəsi proqramını/tətbiqini yaradın
Şəxsi kart proqramınızı istehsal edin
Öncədən ödəniş kartları üçün şəxsi proqramınızı hazırlayın və onu sizin üçün istehsal etməyimizi bizə həvalə edin.
Narahat olmayın, biz bacaracağıq!
Uyğunluğun təmin edilməsi ilə, hüquqi suallarla, dələduzluqla, texniki mütəxəssislərlə və bir çox başqa suallarla məşğul olacaq müxtəlif komandalar yaratmağa ehtiyat etməyin. Mütəxəssis komandalarımızla sizin üçün hər şey edəcəyik.
İcazə verin sizi istiqamətləndirək
Bizim qlobal know howknow-how ilə /yeniliklərimizlə layihənizin başlanğıcından sizə kömək edəcəyik və istiqamətləndirəcəyik. Pul kisələriniz və/və ya öncədən ödəniş kartlarınız işə salındıqdan sonra bizim əməliyyat və məhsul komandalarımız sizə dəstək verəcək. Siz heç bir zaman yolunuzu yalnız addımlamayacaqsınız.
İSTƏNİLƏN
SUALLARI
VERİN.
İstehlakçılar arasında rəqəmsal pul kisələri getdikcə populyarlaşır və bir çox şirkətlər bazarda rəqabətli qalmaq üçün bu xidməti təklif etməyə çalışırlar. Baxmayaraq ki, texniki cəhətdən istənilən biznes rəqəmsal pul kisəsi xidmətini təklif edə bilər, müvafiq növ şirkətlər var ki, onların bu xidmək xüsusi imkanları vardır.
Bunlara iri və kiçik şirkətlər, abunə ilə məhsulları paylaşdıran şirkətlər, idman klubları, pərakəndə satış təşkilatları və həmçinin fərdi və korporativ müştəriləri xidmət edən mobil tətbiqlər aiddir. Bundan əlavə elektrikli avtomobil stansiyası doldurma xidmətləri göstərən şirkətlər, yanacaq satıcıları, avtomobil şirkətləri, maliyyə şirkətləri və fintech şirkətləri müştərilərinə rəqəmsal pul kisəsi xidmətləri təqdim etməkdən faydalana bilərlər.
Ümumiyyətlə, bazarda rəqabətli qalmaq və müştərilərinə maneəsiz ödəniş təcrübəsini təmin etmək istəyən istənilən biznes, rəqəmsal pul kisəsi xidmətinin təklif edilməsi imkanını nəzərdən keçirməlidir.
Rəqəmsal pul kisəsi biznes üçün oyun dəyişdiricisidir və mobil tətbiqinizi rəqəmsal pul kisəsinə çevirmək sizə bazarda əhəmiyyətli rəqabət üstünlüyü verə bilər. Rəqəmsal pul kisələri, alıcıların bəyəndiyi sürətli və rahat ödəniş üsulu təqdim etməklə müştəri marağını və təcrübəsini artıra bilər. Rəqəmsal pul kisəsi ilə siz müştərilərin daha çox alış –veriş üçün geri qayıtmasını təmin edən fərdi mükafatlar, cashback kampaniyaları və digər təşviqlər təklif etməklə müştəri bazanızı pula çevirə bilərsiniz. Rəqəmsal pul kisələri, həmçinin onlayn alış-veriş üçün “pul kisəsinə qayıtma” funksiyası ilə konversiyaları artıra bilər ki, bu da müştərilərə pullarını asanlıqla və maneəsiz şəkildə geri qaytarmağa imkan verir. Rəqəmsal pul kisələrinin daha bir vacib üstyünlüklərindən biri , həm biznesinizi, həm də müştərilərinizi dələduzluqdan və digər təhlükəsizlik təhdidlərindən qoruyaraq ənənəvi ödəniş üsulları ilə bağlı təhlükəsizlik risklərini azaltmaq qabiliyyətidir. Nəhayət, rəqəmsal pul kisələri müştəriləriniz üçün əməliyyat xərclərini minimuma endirərək, alış-verişi onlar üçün daha əlçatan və rahat edə bilər. Mobil tətbiqinizi rəqəmsal pul kisəsinə çevirməklə siz bu üstünlüklərdən yararlanıb və sürətlə inkişaf edən, müassir bazarda rəqibləri geridə qoya bilərsiniz.
Biz şirkətimizdə müştərilərimizin tələbatlarına münasib olan fərdi həllərə inanırıq. 400-dən artıq paketimiz nəinki çoxfunksional və hərtərəflidir, həmçinin çevik və uyğunlaşandır. Biz daima API paketimizə yeniliklər və yeni funksiyalar əlavə edirik və biz həmişə müştərilərdən gələ biləcək sonrakı inkişaf istək və tələblərinə açığıq. Kiçik düzəlişlər və ya böyük tənzimləmələr olmasından asılı olmayaraq, biz müştərilərimizlə onların xüsusi ehtiyaclarını başa düşmək və gözləntilərini üstələyən həlləri təqdim etmək üçün sıx əməkdaşlıq edirik. Nəticədə ehtiyaclarınıza uyğun sifarişlə hazırlanmış API paketi əldə edə bildiyiniz halda niyə hazır həll yolları ilə kifayətlənməlisiniz axı ?.
Rəqəmsal pul kisəsi xidmətlərinə ciddi normativ tələblər tətbiq olunur və bu cür xidmətləri təklif edən şirkətlərin müvafiq orqanlar tərəfindən lisenziyalı və müntəzəm olaraq yoxlanılması vacibdir. Məsələn, Türkiyədə rəqəmsal pul kisəsi xidmətləri göstərən təşkilatlar 6493 saylı qanuna müvafiq elektron pul təşkilatı olaraq Türkiyə Respublikası Mərkəzi Bankından lisenziya almalıdırlar. Bu lisenziyalı qurumlar maliyyə təşkilatları hesab olunur və çirkli pulların yuyulması və dələduzluğun qarşısının alınması ilə mübarizəyə aid olanlar da daxil olmaqla, bütün müvafiq qaydalara riayət etmək üçün məsuliyyət daşıyırlar. Bundan əlavə, onların bu qaydalara icra edilməsi, Mərkəzi Bank və Maliyyə Cinayətlərinin Araşdırılması Komitəsi tərəfindən mütəmadi olaraq yoxlanılır. Rəqəmsal pul kisəsi xidmətlərini təqdim edən lisenziyalı təşkilat kimi United Payment bütün normativ tələblərə uyğunluğu təmin etmək və istifadəçilərə təhlükəsiz və etibarlı xidmət təmin etmək üçün hüquqi məsuliyyət daşıyır. Bu qaydalara riayət etməklə şirkət müştərilərinin etibarını qoruyub saxlaya və rəqabətli və inkişaf edən bazarda fəaliyyətini davam etdirə bilər.
Tətbiqləri rəqəmsal pul kisəsi xidmətləri ilə inteqrasiyası zamanı etibarlı sınaq mühitinə və proqramçı portalına malik olmaq vacibdir. Xoşbəxtlikdən, platformamız hər ikisini təklif edir.
Sınaq mühitimiz proqramçılara çoxfunksiyalı API-lərimizi sandbox/ mühitində araşdırmaq, API-lərimizlə təcrübə aparmaq və canlı mühitdə məlumatlarına təsir etmədən onların tətbiqlərlə inteqrasiyasını sınamaq imkanı verir. Bundan əlavə, Proqramçı Portalımız- tətbiqlərini inteqrasiya etmək istəyən proqramçılar üçün bir pəncərədir. Portal, proqramçıların tez işə başlamasına kömək etmək üçün hərtərəfli sənədlər, kod nümunələri və digər resurslar təklif edir. Sənədlərimiz yaxşı yazılmışdır və mənimsənilməsi çox asandır, bu da bacarıq səviyyələri müxtəlif olan bütün proqramçıların tətbiqlərini platformamızla inteqrasiya olunmasını asanlaşdırır.
Ümumilikdə, etibarlı sınaq mühiti və proqramçı portalının təqdim edilməsi, rəqəmsal pul kisəsi xidmətimizlə inteqrasiyanı asan və proqramçılara uyğun etmək üçün çalışdığımız bir çox yollardan yalnız biridir. Onlara lazım olan alətləri və resursları təqdim etməklə biz rəqəmsal pul kisəsi məkanında innovasiya və böyüməyə təkan/ veririk.